50 yaşlı Bredli Kuperdən model Cici Hadidə evlilik təklifi
Dünya
957
23 Dec 2025 | 23:20

50 yaşlı Bredli Kuperdən model Cici Hadidə evlilik təklifi

Hollivud aktyoru Bredli Kuper model Cici Hadidə evlilik təklifi edib.

Moderator.az bu barədə "Daily Mail" nəşrinə istinadən xəbər verir.

50 yaşlı aktyor 30 yaşlı sevgilisinə evlilik təklifi etməzdən əvvəl onun anası İolanda Hadiddən xeyir-dua alıb.

"Onun anası İolanda razıdır, bu, çox asan oldu. Amma indi Cici atasına da Bredli ilə evlənmək istədiyini deyib. Bu artıq daha böyük və daha rəsmi bir addımdır", - deyə nəşrin mənbəyi bildirib.

Məlumata görə, cütlüyün toyu 2026-cı ilə planlaşdırıla bilər. Toyun tezliklə baş tutmasının əsas səbəbi cütlüyün əvvəlki münasibətlərdən olan uşaqları birlikdə böyütmək istəməsidir.

Bredli Kuperin model İrina Şeykdən 8 yaşlı Lea adlı qızı var və qız son vaxtlar Hadidin yanında daha tez-tez görünür. Modelin özünün isə müğənni Zeyn Malikdən 5 yaşlı Xay adlı qızı var.

Link kopyalandı!
Son xəbərlər