Ankarada qəzaya uğrayan təyyarənin qalıqları tapılıb - YENİLƏNİB
Dünya
389
23 Dec 2025 | 23:45

Ankarada qəzaya uğrayan təyyarənin qalıqları tapılıb - YENİLƏNİB

Ankarada qəzaya uğrayan "Dassault Falcon 50" tipli təyyarənin qalıqları tapılıb.

Moderator.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb

23:15

Ankarada qəzaya uğrayan "Dassault Falcon 50" tipli təyyarədə Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Əli Əhməd Əl-Həddad və onun 5 nəfərlik nümayəndə heyəti olub. Uçuş heyətinin tərkibində 2 pilot və 1 bort bələdçisi olub.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Qeyd olunur ki, Məhəmməd Əli ƏhmƏd Əl-Həddad bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüş keçirmişdi.

23:04

Liviyanın Baş Qərargah rəisinin olduğu "Falcon-50" tipli biznes jet təyyarəsi Ankarada qəzaya uğrayıb.

Moderator.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Hadisə ilə əlaqədar Esenboğa Hava Limanında uçuşlar dayandırılıb.

23:00

Ankarada xüsusi təyyarə ilə radar əlaqəsi kəsilib.

Moderator.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Təyyarədə Liviyanın Baş Qərargah rəisinin olduğu bildirilir.

Qeyd edib ki, Həddad bu gün Türkiyənin Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlunun qonağı olaraq Ankaraya gəlib və milli müdafiə naziri Yaşar Gülerlə də görüşüb.

Hadisədən sonra Ankara hava məkanı müvəqqəti olaraq hava nəqliyyatı üçün bağlanıb.

Link kopyalandı!
Son xəbərlər