Spiker: Qərb Ukrayna üzrə sülh sazişinə mane olur
Dünya
332
23 Dec 2025 | 22:55

Spiker: Qərb Ukrayna üzrə sülh sazişinə mane olur

Qərb ölkələri Ukrayna üzrə sülh sazişinin əldə olunmasına və silahlı münaqişənin dayandırılmasına aktiv şəkildə mane olur.

Moderator.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Pos TV telekanalına müsahibəsində bildirib.

“Əgər Ukrayna üzrə sülh sazişinə kimsə mane olursa, bu, avropalılardır. Bu mövzuda amerikalıların açıqlamalarını da görürük”, – deyə Papuashvili vurğulayıb.

Spiker əlavə edib ki, Rusiyanın heç kimə hücum etməyi planlaşdırmadığını bəyan etdiyi bir vaxtda Avropa ölkələrinin müharibəyə hazırlaşmasının səbəbini anlamır.

Link kopyalandı!
Son xəbərlər