23:52
4°C
Bakı
Estoniya Təhlükəsizlik Polisi tərəfindən aparılan araşdırma avqust ayında Rusiya sərhədinə yaxın ərazidə Estoniya ərazisinə düşən pilotsuz uçuş aparatının Ukraynaya məxsus olduğunu təsdiqləyib.
Moderator.az xəbər verir ki, bu barədə ERR teleradio şirkəti məlumat yayıb.
“Toplanan sübutlar pilotsuz uçuş aparatının Ukrayna mənşəli olduğunu göstərir”, – deyə açıqlamada bildirilib.
Məlumata görə, Ukraynadan havaya qalxan dronun Estoniyaya Rusiya və Latviya üzərindən uçduğu ehtimal olunur.
Xatırladaq ki, yay aylarında ERR Estoniya Təhlükəsizlik Polisi (KaPo) rəhbəri Marqo Palloson və ölkənin müdafiə naziri Hanno Pevkurun açıqlamalarına istinadən Estoniya ərazisində hərbi dronun düşdüyünü açıqlamışdı.