Ukrayna qoşunları Donetskin Seversk şəhərindən çıxıb
Dünya
1042
23 Dec 2025 | 22:17

Ukrayna qoşunları Donetskin Seversk şəhərindən çıxıb

Ukrayna hərbçiləri Donetsk vilayətinin Seversk şəhərindən çıxıblar.

Moderator.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Telegram" kanalında məlumat verilib.

Qeyd edilir ki, ukraynalı hərbi qulluqçuların həyatını və bölmələrin döyüş qabiliyyətini qorumaqdan ötrü belə bir addım atılıb:

"Rusiya ordusu canlı qüvvədəki əhəmiyyətli üstünlüyü və çətin hava şəraitində kiçik hücum qrupları ilə göstərdiyi daimi təzyiq sayəsində irəliləyib. Şəhər qoşunlarımızın atəş nəzarəti altında qalır. Düşmən bölmələrinin daha da irəliləməsinin qarşısını almaq məqsədilə onların blokadaya alınması həyata keçirilir".

Link kopyalandı!
Son xəbərlər