Belarus Prezidenti Aleksandr Lukaşenko yeni baş prokuror Dmitri Qoraya Böyük Vətən müharibəsi illərində Belarus xalqına qarşı törədilmiş "soyqırımı"nda təqsirkar olan ölkələrə maddi hesab irəli sürməyi tapşırıb.
Moderator.az bu barədə "BelTA" agentliyinə istinadən xəbər verir.
Lukaşenkonun sözlərinə görə, bir çox fakt artıq üzə çıxarılıb və yeni nəsə tapmaq çətin olsa da, istintaq mütləq yekunlaşdırılmalı və hesab təqdim edilməlidir:
"Ödəyəcəklər, ya yox - fərqi yoxdur, amma bilməlidirlər ki, onlar bizə borcludurlar".
Belarus lideri əlavə edib ki, hesab ABŞ dolları ilə deyil, onun sürətlə dəyərdən düşməsini nəzərə alaraq, günahkarların tarixi məsuliyyətini əks etdirən başqa formada irəli sürülməlidir.
Dövlət başçısı xatırladıb ki, işğal dövründə bütöv bir respublika dağıdılıb. İlkin qiymətləndirmələrə görə, vurulan zərərin məbləği azı 2.3 trilyon ABŞ dolları təşkil edir.