Pakistanın milli aviadaşıyıcısı 482 milyon dollara satılıb
Dünya
168
21:10, Bu gün

Pakistanın milli aviadaşıyıcısı 482 milyon dollara satılıb

Pakistanın milli aviadaşıyıcısı, dövlətə məxsus müflis şirkət "Pakistan International Airlines" (PIA) hərrac yolu ilə 135 milyard Pakistan rupisi (təxminən 482,3 milyon ABŞ dolları) müqabilində satılıb.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, hərracda üç iddiaçı iştirak edib. Qalib PIA-nın 75 faiz səhmi üçün ən yüksək məbləği təklif edən Arif Habib adlı özəl konsorsium olub. Pakistan hökumətinin müəyyən etdiyi ilkin qiymət 100 milyard rupi (təxminən 357 milyon dollar) təşkil edirdi.

Bildirilir ki, satışdan əldə olunan vəsaitin 92,5 faizi aviadaşıyıcının yenidən kapitallaşdırılmasına və fəaliyyətinin bərpasına yönəldiləcək.

Pakistanın Baş naziri Şahbaz Şərif hərracdan əvvəl bildirib ki, PIA-nın satışı baş tutacağı təqdirdə bu, ölkə tarixində İslam Respublikasında həyata keçirilmiş ən iri özəlləşdirmə sövdələşməsi olacaq.

Link kopyalandı!
Son xəbərlər