İspaniya polisi tarixi arxeoloji tapıntıları oğurlayan yeddi nəfəri saxlayıb - VİDEO
Dünya
371
20:50, Bu gün

İspaniya polisi tarixi arxeoloji tapıntıları oğurlayan yeddi nəfəri saxlayıb - VİDEO

İspaniya polisi oğurlanmış, VI əsrə aid qızıl tac, gümüş sikkələr və tarixi dəyəri böyük olan digər arxeoloji tapıntıları aşkar edib.

Moderator.az xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarının açıqlamasında bildirilib.

Məlumata görə, oğurluqda təqsirli bilinən yeddi nəfər saxlanılıb. Şübhəli şəxslər Leon və Valyadoliddə bir neçə arxeoloji ərazinin talan edilməsində və ələ keçirilən artefaktların satılmasında iştirak ediblər.

Oğurlanmış arxeoloji tapıntıların satışından əldə edilən qazancın bir milyon avronu keçdiyi bildirilir.

Müsadirə edilmiş artefaktlar tədqiqat üçün muzeyə təhvil veriləcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər