Məşhur türkiyəli aktrisa və müğənni Hülya Avşar yol-nəqliyyat hadisəsi zamanı həyati təhlükə ilə üz-üzə qalıb.
Moderator.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, 62 yaşlı sənətçi idarə etdiyi bahalı avtomobilində Tarabya çimərliyi yaxınlığında qəzaya düşüb.
Qeyd olunub ki, Hülya Avşar səhvən əyləc əvəzinə qaz pedalına basıb və maşın divara çırpılıb. Məşhur aktrisanın son anda sürətli manevr edərək, avtomobilin suya düşməsinin qarşısını aldığı bildirilir.
Ölümdən dönən Avşarın ciddi şəkildə zədələnmiş avtomobilinin servis mərkəzində təmir edildiyi də vurğulanır.
"Qəza təxminən bir ay yarım əvvəl baş verib. Mən tamamilə yaxşıyam. Zəng edən, soruşan və narahat olan hər kəsə təşəkkür edirəm", - deyə Hülya Avşar baş verən hadisəyə münasibət bildirib.