20:08
6°C
Bakı
Yəmən hökuməti ilə qiyamçı "Ənsar Allah" hərəkatının (husilər) nümayəndələri 2 900 məhbusun mübadiləsi barədə razılığa gəliblər.
Moderator.az xəbər verir ki, bu barədə "Əl Hadath" telekanalı mənbələrə istinadən məlumat yayıb.
"Yəmən hökuməti ilə husilər arasında məhbus mübadiləsinə dair razılaşma BMT və Omanın vasitəçiliyi ilə Maskatda əldə edilib", - deyə Səudiyyə Ərəbistanı kanalının mənbələri qeyd ediblər.
Onların məlumatlarına görə, razılaşma Yəmən hakimiyyətinin hərəkatın 1 700 tərəfdarını, husilərin isə 1 200 nəfəri hökumətə təhvil verməsini nəzərdə tutur.