İtaliya məşhur hava yolları şirkətini 256 milyon avro cərimələdi
Dünya
175
17:57, Bu gün

İtaliya məşhur hava yolları şirkətini 256 milyon avro cərimələdi

İtaliyanın Antiinhisar İdarəsi məşhur hava yolları şirkəti olan "Ryanair"i təxminən 256 milyon avro məbləğində cərimələyib.

Moderator.az xəbər verir ki, bu barədə sözügedən idarədən məlumat verilib.

Məlumata görə, buna şirkətin bazarda dominant mövqedən sui-istifadə etməsi səbəb olub.

Ətraflı araşdırmadan sonra müəyyən edilib ki, "Ryanair" turizm şirkətlərinə, onlayn səyahət agentlərinə və pərakəndə satıcılara iqtisadi və ya texniki çətinliklər törətməklə digər şirkətlərin aviabiletlərinin alınmasına maneə yaradıb.

Qeyd edək ki, mərkəzi ofisi İrlandiyada yerləşən "Ryanair" ən çox sərnişin daşıyan aviaşirkətlərdən biridir. Şirkət daha çox Avropa ölkələrinə ucuz uçuşlar təklif edir.

Link kopyalandı!
Son xəbərlər