KİV: Mindiç Ukraynaya qayıtmağa hazır deyil
Dünya
180
17:55, Bu gün

KİV: Mindiç Ukraynaya qayıtmağa hazır deyil

Prezident Aparatının sabiq rəhbəri Andrey Yermakın istefası ilə nəticələnən energetika sahəsində korrupsiya işi üzrə istintaqa cəlb olunan iş adamı Timur Mindıç Ukraynaya qayıtmaq niyyətində deyil.

Moderator.az xəbər verir ki, bu barədə “Ukrayinska Pravda”nın jurnalisti Mixail Tkaç məlumat yayıb.

O, bildirib ki, hazırda İsraildə yaşayan Mindiçdən müsahibə alıb və sübut kimi onun yeni foto şəklini paylaşıb.

“Ümumiləşdirsək, cənab Mindıç qayıtmağa hazır deyil. O, bu iş üzrə digər fiqurant – iş adamı Aleksandr Sukerman kimi İsraildə qalacaq. İsrail vətəndaşlığına malik olmaq onlar üçün çox rahatdır”, – Tkaç bildirib.

Jurnalistin sözlərinə görə, Mindıç söhbət zamanı ona qarşı irəli sürülən korrupsiya ittihamlarını da “manipulyasiya” adlandırıb.

Link kopyalandı!
Son xəbərlər