Türkiyə Qara dənizdə təhlükəsizlik sistemini gücləndirəcək
Dünya
125
17:20, Bu gün

Türkiyə Qara dənizdə təhlükəsizlik sistemini gücləndirəcək

Türkiyə gəmiçilik təhlükəsizliyi ilə bağlı monitorinq sistemini Qara dənizə doğru genişləndirməyi planlaşdırır.

Moderator.az xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Abdulkadir Uraloğlu NTV kanalına açıqlamasında bildirib:

"Türkiyə dəniz təhlükəsizliyini təmin etmək üçün əhəmiyyətli səylər göstərir. Həm Dardanel, həm də Bosforda Türkiyənin dəniz monitorinq sisteminin fəaliyyət göstərdiyi bütün boğazlardan gəmilərin keçidi izlənilir. Biz bu radar monitorinq xidmətini bütün Mərmərə, həm də Qara dənizə doğru genişləndirməyi planlaşdırırıq".

O əlavə edib ki, Türkiyə Mersindən Kiprə qədər ərazidəki vəziyyəti daha yaxşı izləmək üçün Aralıq dənizində də sistemi tətbiq etməyi planlaşdırıb.

Link kopyalandı!
Son xəbərlər