20:31
6°C
Bakı
Kanadanın Alberta əyalətinin Seçki Komissiyası Kanadanın tərkibindən ayrılmaq üçün vətəndaş imzaları toplamaq təşəbbüsünü təsdiqləyib.
Moderator.az-ın xəbərinə görə, bu barədə CBC telekanalı məlumat verib.
Məlumata görə, imzatoplama "Alberta Prosperity Project" təşkilatı tərəfindən başlanılıb. Qeyd edilir ki, qrup 2026-cı ilin yanvar ayının əvvəlinə qədər öz kampaniyası üçün maliyyə direktoru təyin etməlidir.
Telekanalın bildirdiyinə görə, "Alberta Prosperity Project"in öz petisiyasına təxminən 178 000 imza toplamaq üçün dörd ayı var.