ABŞ–Venesuela qarşıdurması: Çin imicini xilas edəcək, yoxsa Rusiyanın səhvini təkrarlayacaq?
Dünya
1090
11:46, Bu gün

ABŞ–Venesuela qarşıdurması: Çin imicini xilas edəcək, yoxsa Rusiyanın səhvini təkrarlayacaq?

ABŞ-ın Venesuelaya qarşı sərt mövqeyi və mümkün hərbi müdaxilə ehtimalı beynəlxalq arenada ciddi narahatlıq doğurur. Vaşinqtonun Venesuelaya məxsus gəmiləri ələ keçirməsi beynəlxalq hüququn pozulması kimi qiymətləndirilir və bu addıma Pekindən kəskin etirazlar səslənib. Çin açıq şəkildə bəyan edir ki, suveren dövlətlərə qarşı güc tətbiqi qlobal təhlükəsizliyi sarsıdır. Bəs ABŞ Venesuelaya birbaşa hərbi müdaxilə edərsə, Çinin cavabı hansı istiqamətdə olacaq? Pekin fürsətdən istifadə  edib Tayvana hücum edə bilərmi?
 
Politoloq Xaqani Cəfərli Moderator.az-a açıqlamasında deyib ki, ABŞ-ın Venesuelaya yönəlik siyasətinə Çinin reaksiyası Pekinin simasını qorumaq cəhdindən başqa bir şey deyil. Onun sözlərinə görə,  İsrail və ABŞ-ın Çinin strateji tərəfdaşı İranı bombalaması, Pekinin buna qarşı heç bir ciddi tədbir görə bilməməsi Çinin imicinə çox pis təsir edib:
 
“Eyni sözləri Rusiya haqqında demək olar. Dünyada belə bir rəy güclənir ki, Çin və Rusiya ABŞ-ın qarşısında müttəfiqlərini qoruya bilmir. Əgər, oxşar hadisə Venesuela ilə bağlı baş versə, bu Çin və Rusiyanın ABŞ qarşısında aciz olduğunu təsdiq edəcək. Bu isə hər iki dövlətin xarici siyasətdə uğursuzluğu demək olar. Ona görə də səsli-küylü bəyanatlar verməklə imiclərini qorumağa çalışırlar.
Çinin fürsətdən istifadə  edib Tayvana hücum etməsi çox yanlış olar. Çox böyük ehtimlla Çin Rusiyanın səhvindən dərs alıb və Tayvana hücumun ağır nəticələr doğuracağını bilir. Əgər, Çin Rusiyanın fəlakətli səhvindən dərs almayıbsa, bu ona çox baha başa gələcək. Rusiyadan fərqli olaraq Çinin dünya iqtisadiyyatdan qoparılması daha asan baş verə bilər”.
 
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər