Ukrayna parlamentində müharibə dövründə seçkilərin keçirilməsi ilə bağlı işçi qrupu yaradılır
Dünya
186
22 Dec 2025 | 23:57

Ukrayna parlamentində müharibə dövründə seçkilərin keçirilməsi ilə bağlı işçi qrupu yaradılır

Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk seçki qanun layihəsinin hazırlanması üçün işçi qrupun yaradılması haqqında sərəncam imzalayıb.

Moderator.az UNIAN-a istinadən xəbər verir ki, işçi qrupuna Ali Rada sədrinin birinci müavini Aleksandr Kornienko rəhbərlik edəcək.

"Bu qrup istisnasız olaraq bütün fraksiya və qrupların nümayəndələrindən ibarət olacaq. Buraya vətəndaş cəmiyyətini təmsil edən şəxslər, seçkilərin təşkilində yüksək biliklərə malik digər şəxslər də cəlb olunacaq. Buraya Mərkəzi Seçki Komissiyası da cəlb olunacaq", - Stefançuk bildirib.

İşçi qrup müharibə kontekstini nəzərə alaraq Seçki Məcəlləsinin tətbiqinin bütün nüanslarını araşdıracaq.

Buraya hərbi qulluqçuların səsverməsi və onların seçkilərdə iştirak etmək hüququ ilə bağlı məsələlər, hazırda Ukraynadan kənarda olan milyonlarla ukraynalının səsvermədə iştirakı, ölkənin müvəqqəti işğal olunmuş ərazilərində seçkilərin keçirilməsi, seçkilərdə xarici müşahidəçilərin iştirakı kimi məsələlər aiddir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər