Netanyahu İrana xəbərdarlıq edib
Dünya
272
22 Dec 2025 | 23:55

Netanyahu İrana xəbərdarlıq edib

Baş nazir Benyamin Netanyahu İsrailin İranın son zamanlar təlimlər keçirməsindən xəbərdar olduğunu bildirib.

Moderator.az-ın "The Times of Israel"ə istinadən verdiyi xəbərə görə, Netanyahu Yunanıstan və Kipr liderləri ilə birlikdə Yerusəlimdə keçirilən mətbuat konfransında deyib ki, "bunu izləyirlər və bütün lazımi hazırlıqları görürlər".

O qeyd edib ki, Tehranın nüvə fəaliyyəti ABŞ Prezidenti Donald Trampla müzakirə olunacaq.

"Bunu İrana açıq şəkildə çatdırmaq istəyirəm: İsrailə qarşı hər hansı bir hərəkət çox sərt cavabla qarşılanacaq", - Netanyahu xəbərdarlıq edib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər