01:19
5°C
Bakı
“Gürcüstanın Rusiyaya münasibətdə siyasəti olduqca aydındır. Bizim işğal məsələsi ilə bağlı “qırmızı xətlər”imiz var”.
Moderator.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze “Rustavi 2” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Gürcüstan Rusiya ilə ticari-iqtisadi əlaqələr saxlayır və praqmatik siyasətini davam etdirir.
“Ərazilərimizin 20 faizi – iki tarixi bölgəmiz işğal altında qaldıqca status-kvonu dəyişmək və diplomatik münasibətlərin bərpa etmək mümkünsüz olacaq. Bizim vəzifəmiz münaqişəni sülh yolu ilə həll etməkdir. Əlbəttə ki, bu yolda bir çox çətinliklər mövcuddur”, - Kobaxidze əlavə edib.