Baş nazir Fitso Slovakiyanın ən uzun avtomobil tunelinin açılışını qeyri-adi şəkildə etdi
Dünya
501
22 Dec 2025 | 22:40

Baş nazir Fitso Slovakiyanın ən uzun avtomobil tunelinin açılışını qeyri-adi şəkildə etdi

Slovakiyanın Baş naziri Robert Fitso 27 il davam edən tikinti işlərindən sonra açılan "Vişnyove" yeraltı tunelində roller konkilər sürüb.

Moderator.az xəbər verir ki, bu barədə siyasətçi "Facebook" sosial şəbəkə səhifəsində paylaşım edib.

"Bu gün "Vişnyove" tunelinin slovakların həyatını yaxşılaşdıracağına görə sevinənlərə qoşuluram - siyasətin əsas missiyası da məhz budur", - deyə Fitso yazıb.

Qeyd edək ki, 1990-cı illərin sonlarında başlayan tikinti prosesi çoxsaylı fasilə və gecikmələrlə 27 ildən çox davam edib. 7,5 km uzunluğunda olan tunel yeni 13,5 km-lik avtomagistral hissəsinin əsas elementidir və Slovakiyanın ən uzun avtomobil tuneli hesab olunur.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər