Zelenski Mayami danışıqlarının ilkin nəticələrini açıqlayıb
Dünya
152
21:20, Bu gün

Zelenski Mayami danışıqlarının ilkin nəticələrini açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna nümayəndə heyətinin Mayamidəki işinin ilkin nəticələrini açıqlayıb.

Moderator.az xəbər verir ki, dövlət başçısı bunu Diplomatik Xidmət Günündə çıxışı zamanı jurnalistlərə bildirib.

O bildirib ki, müharibənin sona çatması ilə bağlı ABŞ nümayəndələri ilə bir neçə sənəd layihəsi razılaşdırılıb ki, buraya Ukrayna üçün hüquqi cəhətdən gələcək məcburi təhlükəsizlik zəmanətlərinin müzakirəsi də daxildir.

"Əsas məqsədimiz ədalətli sülh və müharibənin sonudur. Hələ də müharibə davam edir. Amma biz qələbəni diplomatiya yolu ilə əldə etmək üçün hər şeyi edirik. Ən azı diplomatiya yolu ilə. Bu, mümkün qədər çox qəhrəman hərbi qulluqçumuzu, döyüşçülərimizi qorumaqdır", - Zelenski əlavə edib.

Dövlət başçısı onu da əlavə edib ki, Ukrayna nümayəndə heyəti hazırda Mayamidən Ukraynaya qayıdır.

Link kopyalandı!
Son xəbərlər