01:20
5°C
Bakı
Fransada "Elkem Silicones" şirkətinə məxsus silikon məmulatları zavodunda partlayış baş verib.
Moderator.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Hadisə Rona departamentinin Sen-Fons kommunasında yerləşən müəssisədə qeydə alınıb.
İlkin məlumata görə, partlayış nəticəsində dörd nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Hadisə yerinə hazırda 35 yanğınsöndürən və 13 xüsusi texnika cəlb olunub.
Yanğınsöndürənlər bildiriblər ki, partlayışın səbəbi zavodun laboratoriyasında hidrogen sızması ola bilər.