Məşhur britaniyalı müğənni vəfat etdi
Dünya
129
21:17, Bu gün

Məşhur britaniyalı müğənni vəfat etdi

Britaniyalı müğənni və mahnı müəllifi Kris Ri 74 yaşında vəfat edib.

Moderator.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Bildirilir ki, müğənni bu səhər xəstəxanada qısa sürən xəstəlikdən sonra vəfat edib.

Qeyd olunur ki, Kristofer "Kris" Enton Ri özünəməxsus xırıltılı səsi və slayd-gitarada ifası ilə tanınırdı. İfaçı uğurunun zirvəsinə 1989-1991-ci illərdə "The Road to Hell" və sonrakı "Auberge" albomlarının buraxılması ilə çatıb.

Link kopyalandı!
Son xəbərlər