Finlandiyada ehtiyatda olan hərbçilərin yaş həddi artırılır
Dünya
138
20:40, Bu gün

Finlandiyada ehtiyatda olan hərbçilərin yaş həddi artırılır

Finlandiya Prezidenti Aleksandr Stubb ehtiyatda olan hərbi qulluqçular üçün yaş həddinin 65-ə qədər artırılmasını nəzərdə tutan qanunu imzalayıb.

Moderator.az xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, həyata keçirilən islahat nəticəsində beşillik keçid dövrü ərzində ehtiyatda olan hərbçilərin sayı 125 min nəfər artacaq. Proqnozlara əsasən, 2031-ci ildə Finlandiyanın ehtiyatda olan hərbi qulluqçularının ümumi sayı təxminən bir milyon nəfərə çatacaq.

Nazirliyin açıqlamasında bildirilir ki, qanun 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minəcək. 65 yaş həddi yalnız qanun qüvvəyə mindikdən sonra hərbi xidmətə cəlb olunan şəxslərə şamil ediləcək.

Link kopyalandı!
Son xəbərlər