Müstəntiqlər şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparovun qiyabi həbs edilməsini tələb edirlər.
Moderator.az RBC.ru-ya istinadən xəbər verir ki, Moskvanın Zamoskvoretski Rayon Məhkəməsində Kasparov barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət qaldırılıb.
Harri Kasparov Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi (kütləvi informasiya vasitələri, elektron və ya telekommunikasiya şəbəkələrindən istifadə etməklə terrorizmə açıq çağırışlar etmək, terrorizmə açıq şəkildə haqq qazandırmaq və ya onun təbliğatı) üzrə ittiham olunub.
Bu maddəyə əsasən, təqsirli bilinən şəxsi maksimum yeddi ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
Qeyd edək ki, Kasparov 2013-cü ildə Rusiyanı tərk edib. O, hazırda Litvada yaşayır və "Azad Rusiya Forumu"nun təsisçisidir.