Rusiyanın Polşada fəaliyyət göstərən sonuncu konsulluğu da bağlandı
Dünya
129
18:10, Bu gün

Rusiyanın Polşada fəaliyyət göstərən sonuncu konsulluğu da bağlandı

Rusiyanın Polşada Qdanskda fəaliyyət göstərən sonuncu konsulluğu da bağlanıb.

Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın Qdanskdakı baş konsulu Sergey Semenov sosial şəbəkə hesabında məlumat verib.

"Təəssüf hissi ilə bildiririk ki, Polşa hakimiyyətinin qərarı ilə Qdanskdakı Rusiya Baş Konsulluğunun bağlandığını elan etmək məcburiyyətindəyik", - deyə diplomat qeyd edib.

O qeyd edib ki, bütün konsulluq məsələləri ilə bağlı Varşavadakı Rusiya səfirliyinin müvafiq şöbəsi məşğul olacaq.

Qeyd edək ki, noyabrın 19-da Polşanın xarici işlər naziri Radoslav Sikorski Qdanskda fəaliyyət göstərən Rusiya Baş Konsulluğunun dekabrın 23-dən bağlanacağı barədə məlumat vermişdi. Buna cavab olaraq, Moskva dekabrın 30-dan etibarən İrkutskdakı Polşa Baş Konsulluğunu qapatmaq qərarına gəlib. Daha əvvəl Polşa hakimiyyəti Poznan və Krakovdakı Rusiya konsulluqlarını bağlamışdı. Qarşılığında Rusiya Sankt-Peterburq və Kalininqraddakı Polşa konsulluqlarının fəaliyyətini dayandırıb.

Link kopyalandı!
Son xəbərlər