Ukrayna Prezidenti Volodimir Zelenski 2025-ci ilin sonunadək qəbul edilməsi planlaşdırılan yeni anti-Rusiya sanksiyalarını açıqlayıb.
Moderator.az xəbər verir ki, bu barədə o, öz "Telegram" kanalında paylaşım edib.
Onun sözlərinə görə, paralel olaraq bir sıra sanksiyalar, o cümlədən Rusiya hərbi sənayesi ilə əlaqəli şəxslərə qarşı tədbirlər hazırlanır.
"Rusiya hərbi sənayesi ilə işləyən şəxslərə qarşı ən azı bir sanksiya paketi olacaq və bura təkcə Rusiya deyil, Çindən olan şəxslər də daxildir", - o aydınlaşdırıb.
V.Zelenski həmçinin mədəniyyət sahəsi üzərindən Rusiyaya dəstək nümayiş etdirənlərə, habelə ictimai profilindən Rusiyaya dəstək bildirdiyi iddia edilən idmançılara qarşı sanksiyalar tətbiq etmək niyyətində olduğunu açıqlayıb.
Bundan başqa, Ukrayna prezidenti müttəfiqləri ilə Avropa İttifaqının 20-ci sanksiya paketi üzərində işlədiyini açıqlayıb. Onun fikrincə, bu, Rusiyanın enerji aktivlərinə təzyiqi artırmalıdır.