ABŞ Rusiyanın yeni silahı haqqında məlumat verdi
Dünya
257
17:50, Bu gün

ABŞ Rusiyanın yeni silahı haqqında məlumat verdi

Rusiya ABŞ milyarderi İlon Maskın "Starlink" peyklərini hədəfə ala biləcək yeni peyk əleyhinə silah hazırlayır.

Moderator.az xəbər verir ki, bu barədə "Associated Press" NATO ölkələrinin kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, NATO-nun iki kəşfiyyat xidməti qeyd edib ki, Rusiya kosmosda Qərbin üstünlüyünü məhdudlaşdırmaq üçün yeni silaha ehtiyac duyur.

Analitiklər belə bir silahın "kosmosda nəzarətsiz xaosa səbəb olmadan" işləyə biləcəyinə şübhə edirlər. Onların fikrincə, özünün kosmik sistemləri üçün risklər Moskvanı bu cür silahların yerləşdirilməsindən və istifadəsindən imtinaya məcbur edə bilər.

Bununla belə, Rusiyanın bu sistemi nə vaxt yerləşdirəcəyi, onun sınaqdan keçirilib-keçirilmədiyi və ya tədqiqatın nə qədər irəlilədiyi barədə xəbər vermirlər. Tədqiqat nəticələri ilə tanış olan məmurlardan biri qeyd edib ki, "sistem aktiv inkişaf mərhələsindədir".

Link kopyalandı!
Son xəbərlər