20:23
6°C
Bakı
Türkiyə, ABŞ, Qətər və Misirin iştirakı ilə Mayamidə keçirilən görüşdə Qəzzada sülh planının ikinci mərhələsinə başlanması qərara alınıb.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında məlumat verib.
Nazir bildirib ki, Mayami görüşü Şarm əl-Şeyxdən sonra bölgədə ən əhəmiyyətli görüşlərdən biridir. O, həmçinin İsrail və Suriya Demokratik Qüvvələrinin (SDG) birgə fəaliyyətinin sülh planına mənfi təsir göstərə biləcəyini vurğulayıb.