21:28
3°C
Bakı
Rusiya NATO ölkələrinə hücum etməyə hazırlaşmır.
Moderator.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Onun sözlərinə görə, Avropada Rusiyadan gələn iddia edilən təhdid bəhanəsi ilə genişmiqyaslı remilitarizasiya proqramları başlanıb.
Ryabkov vurğulayıb ki, Rusiya həmçinin Avropa İttifaqı və NATO-ya hücum etməyə hazırlaşmadığını hüquqi şəkildə təsdiqləməyə hazırdır.