21:31
3°C
Bakı
Bu gün İranın müxtəlif bölgələrində raket sınaqlarının qeydə alındığını bildirilir.
Moderator.az xəbər verir ki, məlumatı "Azad İran" yayıb.
Məlumatlara görə, Xürrəmabad, Mehabad, İsfahan, Tehran və Məşhəd şəhərlərində hərbi fəallıq müşahidə olunur. Bu tədbirlərin İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Aerokosmik Qüvvələrinin raket sınaqları və ya hərbi təlimlərinin bir hissəsi olduğu güman edilir. Rəsmilər hələlik sınaqların məqsədi və miqyasını açıqlamayıblar.
Sınaqlar Yaxın Şərqdə gərginliyin artması və İranla İsrail arasında mümkün yeni qarşıdurmanın müzakirəsi fonunda baş tutub və diqqəti davam edən vəziyyətə yönəldib.