19:49
6°C
Bakı
Çin hökuməti dekabrın 23-dən etibarən Avropa İttifaqı (Aİ) ölkələrindən idxal olunan süd məhsullarına görə müvəqqəti anti-subsidiya tətbiq edəcək.
Moderator.az xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb.
Xəbərə görə, bu qərar Çin hökuməti tərəfindən 2024-cü ilin avqustun 21-dən bəri aparılan araşdırmanın nəticələri nəzərə alınmaqla qəbul edilib. Aİ-dən müvafiq mallar idxal olunarkən şirkətlər Çinin gömrük orqanına kompensasiya depoziti təqdim etməlidirlər.
Ticarət Nazirliyi həmçinin Aİ-dən süd məhsulları tədarük edən şirkətlərin siyahısını və tətbiq olunan anti-subsidiya dərəcəsini dərc edib. Bu qərara əsasən, sözügedən məhsullara 21.9%-dən 42,7%-ə qədər əlavə rüsumlar tətbiq olunacaq.