ABŞ Saffolk qraflığındakı Leykenhit Britaniya hərbi bazasının taktiki nüvə silahlarının yerləşdirilməsi üçün yararsız hesab edir.
Moderator.az xəbər verir ki, bu barədə Pentaqonun sənədlərini araşdıran "Daily Mail" məlumat yayıb.
Nəşr bildirib ki, əsas komanda məntəqəsi kimi nəzərdə tutulan bina "istifadə müddətini başa vurub". Bundan əlavə, soyutma və hava filtrasiya sistemləri məxfi məlumat mərkəzinin fəaliyyəti üçün kifayət qədər səmərəli deyil. O da qeyd olunub ki, ABŞ-nin Leykenhit bazasını rədd etməsinin səbəblərindən biri Amerikanın nüvə əməliyyatının bəzi iştirakçılarının "Armagedona bənzər ssenarinin" baş verəcəyi təqdirdə tualetdən operativ istifadə edə bilməyəcəyi olub.
ABŞ Müdafiə Nazirliyinin planına görə, 2031-ci ilə qədər bazanın modernləşdirilməsinə 264 milyon dollar xərclənəcək. Ən azı, xeyli bina və tikili sökülməsi, həmçinin möhkəmləndirilmiş kəşfiyyat qurğularının yaradılması və ərazini düşmənin elektron impuls hücumlarından qorunması nəzərdə tutulur.
Leykenhit Hərbi Hava Qüvvələri bazası 1949-cu ildən nüvə silahlarını saxlamaq üçün istifadə olunur. Lakin silahlar 18 il əvvəl oradan çıxarılıb.