18:01
7°C
Bakı
"Raket proqramı danışıqlar üçün deyil, İran ərazisinin müdafiəsi məqsədilə yaradılıb. Bu imkanlar potensial düşmənləri İrana hücum etmək fikrindən çəkindirməyə xidmət edir və müzakirə predmeti ola bilməz".
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi İsmayıl Bəqai bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İran Silahlı Qüvvələri zərurət yarandıqda ölkəni müdafiə etməyə hazırdır və mövcud gərgin atmosferə baxmayaraq, dövlət qurumları öz vəzifələrinin icrasına davam edəcək.