Təbii fəlakət 1106 nəfərin həyatına son qoydu
Dünya
373
15:10, Bu gün

Təbii fəlakət 1106 nəfərin həyatına son qoydu

Sumatra adasında baş verən şiddətli daşqınlar və torpaq sürüşmələri nəticəsində ən azı 1106 nəfər ölüb, daha 175 nəfər isə itkin düşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə İndoneziyanın Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyi məlumat yayıb. 
 
Agentliyin məlumatına görə, təbii fəlakət nəticəsində təxminən 7000 nəfər xəsarət alıb.
 
İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyi daşqınların noyabr ayının sonundan bəri bölgəyə yağan güclü yağışlar nəticəsində baş verdiyini bildirib. Sel suları yaşayış binalarına, yollara və infrastruktura ziyan vurub və xilasedicilərin ən çox zərər çəkmiş ərazilərə çatmasına mane olub.
 
Link kopyalandı!
Son xəbərlər