Bizi sosial şəbəkələrdən izləyin:
Avstraliyanın Baş naziri Entoni Albaneze Sidneydə baş verən terror aktına görə yəhudi icmasından üzr istəyib.
Moderator.az xəbər verir ki, bu barədə "ABS News" məlumat yayıb.
"Baş nazir olduğum dövrdə baş verən vəhşiliyə görə üzərimdə ağır bir məsuliyyət yükü hiss edirəm. Yəhudi icmasının və bütün ölkəmizin yaşadığı çətinliklərə görə təəssüflənirəm", - deyə nazir bildirib.
Albaneze bildirib ki, hökumət terror aktından sonra yeni qanunvericilik paketi hazırlayır.
Qeyd olunub ki, Avstraliyada zorakılığa və nifrətə təhrik haqqında qanunlar sərtləşdiriləcək və bu cür hərəkətlər ağır cinayətlər hesab olunacaq.
Xatırladaq ki, dekabrın 14-də Sidney çimərliyində yəhudilərin Hanuka bayramının qeyd olunduğu yerdə terror aktı baş verib. Hadisə zamanı 16 nəfər ölüb, 40-dan çox sakin yaralanıb.