Bu məhsulun Cindən Rusiyaya tədarükü rekord həddə çatdı
Dünya
544
13:53, Bu gün

Bu məhsulun Cindən Rusiyaya tədarükü rekord həddə çatdı

2025-ci ilin noyabr ayında Çindən Rusiyaya üzüm tədarükünün ümumi həcmi rekord səviyyəyə çatıb.

Moderator.az xəbər verir ki, bu barədə “RİA Novosti” Çin Baş Gömrük İdarəsinin (GAC) hesabatına istinadən məlumat yayıb.

Payızın son ayında Asiya ölkəsindən bu məhsulun ixracı fiziki həcmdə 9300 ton və rekord həddə - 17,4 milyon dollar təşkil edib. Pul baxımından bu rəqəm oktyabr ayı ilə müqayisədə 1,8 dəfə, illik müqayisədə isə 3,6 dəfə artıb.

Analitiklər qeyd edirlər ki, noyabr ayının göndərmə həcmi 2025-ci ilin əvvəlindən bəri aylıq orta göstəricidən təxminən üç dəfə çox olub. Ümumilikdə, Çin ixracatçıları ilk on bir ayda Rusiyaya 41.100 ton üzüm göndəriblər. Bu rəqəm əvvəlki ilin bütün göstəricisindən 2,5 dəfə çoxdur. Mütəxəssislər bu artımı qismən “Shine Muscat” üzüm sortunun artan populyarlığı ilə əlaqələndiriblər.

Çindən üzüm alışında artım Rusiyada bu meyvənin məhsuldarlığının azalması fonunda qeydə alınır.

Link kopyalandı!
Son xəbərlər