Prezident Donald Tramp həyat yoldaşının şəxsi həyatı ilə bağlı gözlənilməz detalları paylaşıb. Şimali Karolinada keçirilən görüş zamanı Tramp qəfil şəxsi müzakirələrə başlayıb.
Müzakirə mövzusu arvadı Melaniya Trampın alt paltarı olub.
Roki-Mauntda tərəfdarları qarşısında çıxış edən 79 yaşlı siyasətçi iqtisadiyyat və seçkilər haqqında danışsa da, 2022-ci ildə FTB-nin Mar-a-Laqo iqamətgahına basqını xatırlayaraq, qəfil mövzudan kənara çıxıb.
"Onlar mənim həyat yoldaşımın şkafını gəzdilər, onun çəkməcəsini qarışdırdılar", - deyə Tramp səhnədən qışqırıb. O, iddia edib ki, FTB agentləri hətta birinci xanımın ən intim əşyalarına da əl vurublar.
Tramp Melaniyanın “qüsursuz səliqəli insan” olduğunu bildirib və onun alt paltarının “mükəmməl şəkildə qatlandığını, olduqca qüsursuz göründüyünü və sanki birbaşa butikdən gətirildiyini” qeyd edib.
"Düşünürəm ki, o paltarlar hətta buxara da verilir", - Tramp deyib.
Xatırladaq ki, Mar-a-Laqoda axtarış məxfi sənədlərin saxlanması ilə bağlı istintaqın bir hissəsi olaraq aparılıb. Əməliyyat zamanı FTB "tam məxfi" qeydli materialları ələ keçirib və bu da sonradan Trampa qarşı misli görünməmiş federal ittihamnaməyə səbəb olub. İş sonda bağlansa da, bu epizod onun siyasi tərcümeyi-halının ən yüksək səviyyəli səhifələrindən biri olaraq qalır.
(Publika)