14:40
10°C
Bakı
Ukraynalı jurnalist, ictimai xadim və Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın müşaviri Sergey Leşenko vəzifəsindən azad edilib.
Leşenko 2023-cü ilin oktyabr ayından bəri müşavir vəzifəsində çalışırdı. O, ictimaiyyət, vətəndaş cəmiyyəti, veteranlar və media ilə qarşılıqlı əlaqələrə nəzarət edirdi.
Ukrayna Prezidentinin ofisi Leşenkonun istefasının səbəbləri ilə bağlı rəsmi açıqlama verməyib. Sergey Leşenkonun özündən də heç bir şərh gəlməyib. Ukrayna mediası prezident administrasiyasının rəhbərliyi ilə mümkün münaqişə və ya planlaşdırılan kadr rotasiyası barədə fərziyyələr irəli sürüb.