14:21
10°C
Bakı
Məşhur Luvr muzeyindəki (Fransa) oğurluq zamanı 8 000-dən çox brilyant və 200 mirvari oğurlanıb.
Moderator.az xəbər verir ki, məlumatı BFMTV istintaq hesabatlarına istinadən yayıb.
"Quldurların əllərində səkkiz daş-qaşı bəzəmiş 8 482 brilyant, 35 zümrüd, 34 sapfir və 212 mirvari olub", - deyə məlumatda bildirilib.
Oktyabrın 19-da fəhlə paltarı geyinmiş naməlum şəxslər avtoqaldırıcıdan istifadə edərək Luvr muzeyinə daxil olub və cəmi bir neçə dəqiqə ərzində Napoleon kolleksiyasından boyunbağı, broş və tac da daxil olmaqla 88 milyon avro dəyərində zinət əşyalarını oğurlayıblar.
Onlar qaçarkən imperatriçə Yevgeniyanın 1 354 brilyantla bəzədilmiş tacını yerə salıblar. Luvrdan oğurlanan zinət əşyalarının bəzilərini darknetdə satmağa cəhd ediblər.