13:13
9°C
Bakı
Türkiyənin Şanlıurfa bölgəsindən olan İzol Aşirəti İraq Kürd Regional Rəhbərliyinin sabiq prezidenti Məsud Bərzaninin ailəsi ilə qohumluq əlaqəsi qurub.
Sabiq AK Parti Şanlıurfa millət vəkili Zülfikar İzolun qardaşı oğlu Kahraman Zülfikar İzol ilə Məsud Bərzaninin əmisi oğlu Abdülkərim Bərzaninin qızı Nazdar Bərzani möhtəşəm toy mərasimi ilə ailə həyatı qurublar.
Görkəmli şəxslərin və çoxsaylı qonaqların iştirak etdiyi toy mərasimi geniş maraq doğurub. Bu evliliklə İzol Aşirəti ilə Bərzani ailəsi arasında dünürlük münasibəti rəsmiləşib.
Toydan olan görüntülər və xəbərlər qısa zamanda sosial şəbəkələrdə və mediada geniş müzakirə olunub.