Həyat yoldaşına təyyarə hədiyyə etdi
Dünya
276
11:26, Bu gün

Həyat yoldaşına təyyarə hədiyyə etdi

ABŞ-da yaşayan türk iş adamı Ozan Baran, həyat yoldaşı Sureyya Yalçına aldığı bahalı hədiyyə ilə dünyanın diqqətini üzərinə cəmləyib.

Moderator.az xəbər verir ki, cütlük bugünlərdə Mayamidə evliliklərinin 10-cu ildönümünü qeyd edib.
Bu məqsədlə ailənin ən yaxın dostlarının iştirakı ilə 60 nəfərlik məclis təşkil olunub. Ozan Baranın məclisdə xanımına heç bir hədiyyə təqdim etməməsi müzakirəsiz ötüşməyib. Milyarder iş adamı bu barədə hər hansı açıqlama verməyib.

Türkiyə mediası Ozan Baranın Sureyya Yalçına hansı hədiyyə verdiyini öyrənə bilib. Məlum olub ki, iş adamı həyat yoldaşına 727 milyon lirə (təxminən 28 milyon manat) dəyəri olan təyyarə hədiyyə edib.

“Sureyya Yalçın ABŞ-da darıxdığı üçün tez-tez Türkiyədə yaşayan ailəsinin yanına gəlir. Ozan Baran xanımının ölkəsinə rahat gəlib-getməsi üçün ona təyyarə bağışlayıb”, - Türkiyə mediası yazıb.

Link kopyalandı!
Son xəbərlər