12:38
8°C
Bakı
Lipetsk hərbi aerodromunda Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-30 və Su-27 qırıcıları məhv edilib.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat idarəsi məlumat yayıb.
“Bir neçə həftədir hazırlanan diversiya əməliyyatı nəticəsində hər iki təyyarə anqarda olarkən yandırılıb”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, bundan öncə Belbek aerodromunda 2 ədəd Su-27 qırıcısı məhv edilmişdi.