Trampın xüsusi nümayəndəsi: Rusiya və ABŞ arasında Florida danışıqları məhsuldar olub
Dünya
1292
09:00, Bu gün

Trampın xüsusi nümayəndəsi: Rusiya və ABŞ arasında Florida danışıqları məhsuldar olub

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Florida ştatında Rusiya və ABŞ arasında Ukrayna mövzusu üzrə keçirilən məsləhətləşmələrin məhsuldar və konstruktiv olduğunu bildirib.

Uitkoff bu barədə X hesabında yazıb.

Onun sözlərinə görə, Floridanın cənubunda baş tutan danışıqlarda Rusiya nümayəndə heyətinə Prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev rəhbərlik edib.

“Son iki gün ərzində Floridada Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ nümayəndə heyəti ilə Ukrayna üzrə sülh planının irəlilədilməsi məqsədilə məhsuldar və konstruktiv görüşlər keçirib”, – deyə Uitkoff qeyd edib.

O əlavə edib ki, danışıqlarda ABŞ tərəfdən Prezidentin kürəkəni Cared Kuşner və Ağ Evin əməkdaşı Coş Qrюнbaum da iştirak ediblər.

 

(APA)

Link kopyalandı!
Son xəbərlər