F-16 qırıcısı Trampın iqamətgahı yaxınlığında təyyarə aşkar edib
Dünya
696
07:27, Bu gün

F-16 qırıcısı Trampın iqamətgahı yaxınlığında təyyarə aşkar edib

ABŞ HHQ-nin qırıcısı Trampın Floridadakı iqamətgahı yaxınlığında təyyarəni ələ keçirib.

Moderator.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı Floridanın Palm-Biç şəhəri üzərində uçuşların məhdudlaşdırıldığı hava məkanına daxil olan təyyarəni ələ keçirib. Həmin ərazidə ABŞ prezidenti Donald Trampın iqamətgahı yerləşir.

Şimali Amerikanın Hava-Kosmik Müdafiə Komandanlığının (NORAD) məlumatına görə, insident təhlükəsizlik qaydalarına uyğun şəkildə və sakit şəraitdə həll olunub.

Link kopyalandı!
Son xəbərlər