Nigeriyada daha 130 məktəbli girovluqdan azad edilib
Dünya
709
07:20, Bu gün

Nigeriyada daha 130 məktəbli girovluqdan azad edilib

Nigeriya hakimiyyəti ötən ay ölkənin Niger ştatında yerləşən katolik məktəbindən oğurlanan daha 130 məktəblinin azad edilməsinə nail olub.

Moderator.az xəbər verir ki, bu barədə Nigeriya Prezidentinin sözçüsü Sande Dare sosial şəbəkə "X" hesabında məlumat yayıb. Onun sözlərinə görə, hazırda həmin məktəbdən oğurlanan bütün uşaqlar girovluqdan xilas edilib.

“Daha 130 Niger ştatı məktəblisi azad edilib. Girovluqda heç kim qalmayıb”, – deyə prezidentin sözçüsü azad olunan uşaqların fotosu ilə birlikdə paylaşım edib.

Xatırladaq ki, noyabrın sonlarında silahlı şəxslər Nigeriyanın şimal-mərkəzində yerləşən Niger ştatının Papiri kəndindəki Müqəddəs Mariya adlı katolik internat məktəbinə hücum edərək yüzlərlə şagird və işçini girov götürmüşdü.

Rəsmi məlumatlara görə, dekabrın əvvəlində girov götürülənlərdən təxminən 100 nəfər azad edilmişdi. Xristian Assosiasiyasının Nigeriya üzrə bölməsi ümumilikdə 315 nəfərin – şagird və məktəb əməkdaşının oğurlandığını bildirmişdi. Onlardan təxminən 50 nəfər hücumdan dərhal sonra qaça bilmişdi.

Hakimiyyət orqanları uşaqları kimlərin oğurladığı və onların hansı şərtlərlə azad edildiyi barədə ətraflı məlumat açıqlamayıb.

Qeyd edək ki, Nigeriyada son illər kütləvi girov götürmə halları artıb. Bu cür hadisələr ölkədə təhlükəsizlik vəziyyəti ilə bağlı ciddi narahatlıqlara səbəb olur. Ölkənin müxtəlif bölgələrində silahlı qruplaşmaların və bandit dəstələrinin fəaliyyəti nəticəsində həm xristianlar, həm də müsəlmanlar arasında itkilər qeydə alınır.

Link kopyalandı!
Son xəbərlər