10:10
7°C
Bakı
Yaponiya hökuməti özəl sektorla birgə milli süni intellekt modelinin yaradılmasına təxminən üç trilyon yen (cari məzənnə ilə təxminən 19 milyard dollar) xərcləmək niyyətindədir.
Moderator.az bu barədə "Yomiuri" qəzetinə istinadən xəbər verir.
Birgə layihədə "SoftBank" korporasiyası kimi nəhənglər də daxil olmaqla, 10-dan çox yerli şirkət iştirak edəcək.
Nəşrin məlumatına görə, ölkə hökuməti təxminən xərclərin üçdə birini öz üzərinə götürmək niyyətindədir, qalan vəsait isə özəl firmalar tərəfindən investisiya edilməlidir.
Yaponiyanın öz süni intellektinin hazırlanması 2026-cı ildə başlayacaq. Bu, xüsusilə, ən müasir məlumat mərkəzlərinin inşasını nəzərdə tutacaq.