Çexiyanın təşəbbüsü ilə Ukrayna ordusu üçün 4,1 milyard avro vəsait toplanıb
Dünya
268
20:33, Bu gün

Çexiyanın təşəbbüsü ilə Ukrayna ordusu üçün 4,1 milyard avro vəsait toplanıb

Çexiyanın Qərb ölkələri hesabına Ukrayna ordusunu üçüncü ölkələrdən alınan sursatla təmin etmək təşəbbüsü 100 milyard kron (təxminən 4,1 milyard avro - red.) vəsait toplayıb.

Moderator.az xəbər verir ki, bu barədə Çexiyanın sabiq xarici işlər naziri Yan Lipavski "CNN Prima News"a bildirib.

Onun sözlərinə görə, Çexiya bu təşəbbüs çərçivəsində əsasən Niderland və Danimarka ilə əməkdaşlıq edir.

Ukrayna bu il 1,8 milyon, proqramın başlamasından (2023-cü ilin əvvəlində) bəri isə ümumilikdə təxminən 4 milyon mərmi alıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər