Dünya
1235
19:55, Bu gün

"Sumi vilayətində sərhəd pozuntusu: Qrabovskoyedən onlarla mülki şəxs Rusiyaya aparılıb" - Ukrayna KİV-ləri

"Ukrayna ordusu hadisəni lokal təxribat adlandırır, bölgədə döyüşlər və təxliyə davam edir..."

Rusiya Ukraynanın Sumi vilayətinin sərhədyanı Qrabovskoye kəndində dövlət sərhədini pozaraq onlarla mülki şəxsi zorla Rusiya ərazisinə aparıb.

Moderator.az xəbər verir ki, bu barədə "rbc.ua" nəşri məlumat yayıb.

Kəndə daxilolma və məcburi aparılma

Ukrayna mediasının və kənd ağsaqqalının məlumatına görə, 20 dekabr gecəsi Rusiya bölmələri sərhəd xəttində yerləşən Qrabovskoye kəndinə daxil olub. Orada daha əvvəl yazılı şəkildə təxliyədən imtina etmiş mülki şəxslər qalırdı. Məlumata əsasən, 50-dən çox sakin Rusiya ərazisinə aparılıb və onların "filtrasiya tədbirləri"nə cəlb edildiyi bildirilir. Aparılanlar əsasən yaşlı kişi və qadınlar olub, uşaqların olmadığı qeyd edilir.

Ukrayna ordusunun mövqeyi və döyüşlər

Ukrayna Silahlı Qüvvələrinin açıqlamasına görə, rus bölmələri say üstünlüyü ilə hücum edib və bu səbəbdən Müdafiə Qüvvələri Qrabovskoye ətrafında bir neçə mövqedən geri çəkilmək məcburiyyətində qalıb. Hazırda ərazidə stabilizasiya tədbirləri və döyüş əməliyyatları davam edir, rus qüvvələrinin geri oturdulması üçün atəş zərbələri endirilir.
Hərbçilər sosial şəbəkələrdə yayılan bəzi məlumatları təkzib edərək bildirib ki, qonşu Ryasnoye kəndi Ukraynanın nəzarətindədir və oraya Rusiya qoşunları daxil olmayıb.

Təxliyə genişləndirilir

Hadisədən sonra Sumi vilayətində sərhədyanı icmalardan mülki əhalinin təxliyəsi sürətləndirilib. Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov bildirib ki, hətta daha əvvəl təxliyədən imtina etmiş şəxslər də indi zirehli nəqliyyat vasitələri ilə təhlükəsiz ərazilərə çıxarılır. Hakimiyyət orqanları könüllülər və müvafiq xidmətlərlə birlikdə bütün müraciət edənləri köçürür.

"Bu, hərbi əməliyyat deyil, təxribatdır"

Ukrayna Müdafiə Qüvvələrində hesab edir ki, Qrabovskpyedə baş verənlər genişmiqyaslı hücumdan çox, lokal və məqsədli təxribat xarakteri daşıyır. Rəsmi mövqeyə görə, mülki şəxslərin aparılması siyasi və ya informasiya təzyiqi yaratmaq məqsədi güdə bilər.

Ukrayna tərəfi məcburi deportasiyanı Cenevrə Konvensiyasının pozuntusu kimi qiymətləndirir və faktla bağlı hüquq-mühafizə orqanlarının araşdırma apardığını bildirir. Hərbçilər sərhədyanı ərazilərdə qalan sakinləri həyatlarını riskə atmamaq üçün təxliyəyə razı olmağa çağırır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər