Bu ölkə rekord həcmdə qızıl alıb
Dünya
535
19:01, Bu gün

Bu ölkə rekord həcmdə qızıl alıb

Çin noyabrda Rusiyadan rekord həcmdə qızıl alıb.

Bu, Çin gömrük orqanlarının hesabatlarında əksini tapıb.

Bu ilin noyabrında Rusiya Çinə iki ölkə arasında ticarət tarixində ən yüksək həcmdə – 961 milyon ABŞ dolları (818,6 milyon avro) dəyərində qızıl külçələri ixrac edib.

Oktyabr ayında Rusiyanın Çinə qızıl tədarükünün həcmi bir qədər az olub və ümumi məbləğ 930 milyon dollar (792,2 milyon avro) təşkil edib. Ümumilikdə isə 2025-ci ilin 11 ayında Çinin Rusiyadan idxal etdiyi qızılın dəyəri 1,9 milyard dollar (1,6 milyard avro) olub. Başqa sözlə, 2025-ci ilin yanvar–sentyabr aylarında Rusiyadan Çinə qızıl ixracı cəmi 9 milyon dollar (7,6 milyon avro) dəyərindədir.

Müqayisə üçün 2024-cü Rusiyanın Çinə ixrac etdiyi qızılın dəyərin cəmi 223 milyon dollar (189,9 milyon avro) olub.

“Financial Times” nəşri hələ noyabrın ortalarında analitiklərə istinadən yazıb ki, Çinin 2025-ci ildə qızıl alışının real həcmi rəsmi açıqlanan göstəricilərdən 10 dəfədən çox ola bilər. Fransanın “Société Générale” maliyyə qrupunun hesablamalarına görə, Çin bu il 250 ton qızıl alıb ki, bu da dünya üzrə digər mərkəzi bankların ümumi tələbatının üçdə birindən çoxdur.

Analitiklər Çinin qızıla artan marağını dollar ehtiyatlarından imtina siyasəti ilə izah edirlər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər