19:35
8°C
Bakı
Türkiyədə deputatın taxdığı saatın qiyməti qalmaqal yaradıb.
Moderator.az “Sözçü”yə istinadən xəbər verir ki, ölkənin Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasını (AK Parti) təmsil edən parlamentari Nəbi Hatipoğlu büdcə müzakirələrinə 214 min dollarlıq (364 min manat) saatla qatılıb.
O, Audemars Piguet markasından olan saatı ilə diqqəti cəlb edib. Saatın təzəsinin qiyməti 214 min dollardır. İkinci əl isə 117-176 min dollara satılır.
Deputat saatla bağlı məsələyə münasibət bildirməyib.
Qeyd edək ki, Nəbi Hatipoğlu əvvəllər İYİ Partiyanın üzvü olub və həmin siyasi təşkilatın siyahısından deputat seçilib. O, daha sonra istefa verərək Ədalət və İnkişaf Partiyasına keçib.
